Azərbaycan özünü Şarl Mişelin missiyası ilə rahat hiss edir
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə ehtimal olunan danışılar barədə deyib
Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə gözlənilən Əliyev-Paşinyan danışıqları barədə məlumat yayan "Financial Times" (FT) məqalədə Prezidentin köməkçisi Hikmət Hacıyevin dolayısı ilə görüşün olacağını təsdiqləyən sözlərini çap edib.
Hacıyev deyib: “Azərbaycan özünü Şarl Mişelin missiyası ilə kifayət qədər rahat hiss edir, çünki Aİ-nin heç bir gizli gündəmi yoxdur. Görüşün hazırlanması zamanı Avropa tərəfi danışıqların əsas konsepsiyasını və onların strukturunu işləyib hazırlayıb”.
FT-nin Laçındakı Sərhəd-Keçid məntəqəsi barədə verilən suala Azərbaycan Prezidentinin köməkçisi cavabında erməni tərəfinin keçid məntəqəsinin təşkilində məqsədin Qarabağ ermənilərini “blokadaya almaq” olduğu barədə iddialarını təkzib edib.
“Öz ərazisində istənilən tənzimlənmə hər bir ölkə üçün normaldır”, - Hacıyev bildirib. “Yol yalnız qeyri-qanuni daşımalar üçün bağlıdır”.