ABŞ Dövlət katibinin müavini Erika Olson Mirzoyanla görüşüb
Ermənistan xarici işlər naziri ilə görüşdə ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Luis Bono da iştirak edib
Ermənistan XİN-nin rəhbəri Ararat Mirzoyan İrəvanda Dövlət Departamentinin nümayəndələri ilə Ermənistan-Azərbaycan nizamlanması məsələsini müzakirə edib
Mirzoyan ABŞ Ddövlət katibinin müavini Erika Olson ilə görüşüb. Görüşdə ABŞ-ın Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri, ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Luis Bono da iştirak edib.
Regionda sabitliyin bərqərar olması, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, sərhədlərin demarkasiyası və təhlükəsizliyi, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Qarabağ ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin Ermənistan-ABŞ ikitərəfli gündəliyinin məsələləri, o cümlədən strateji dialoq ətrafında fikir mübadiləsi aparılıb.