Tramp Suriya Prezidenti Əhməd Şaraa haqda
Şaraa Ağ Evdə Amerika prezidenti tərəfindən qəbul edilən ilk Suriya lideri olub
14:50
ABŞ prezidenti Suriya lideri Əhməd əl-Şara haqqında belə şərh verib: "O, çox güclü liderdir, çox çətin bir yerdən gəlir və sərt bir oğlandır. Mən onu bəyəndim və aramızda yaxşı münasibət var.
Suriyanın uğur qazanması üçün əlimizdən gələni edəcəyik."
***
2025-11-10 21:55
Əsəd rejimini devirən Suriya Prezidenti Əhməd Şaraa ABŞ prezidenti Donald Trampla görüşüb. Şaraa Ağ Evdə Amerika prezidenti tərəfindən qəbul edilən ilk Suriya lideri olub. Zirvə görüşü qapalı qapılar arxasında keçirilir - CNNTürk.

ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul edilən Şaraa Ağ Evi ziyarət edən ilk Suriya Prezidentidir.
Heç bir ABŞ Prezidenti Vaşinqtonda Suriya Prezidentini qəbul etməyib. 79 ildən sonra Suriya lideri Ağ Evdədir. Şaraa ilə birlikdə xarici işlər naziri Əsəd Şeybani də qəbulda iştirak edir.
1 dəqiqədən az