ABŞ və Çin ticarət razılaşmasına nail olub
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

ABŞ və Çin demək olar ki, ticarət razılaşmasına nail olub.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
O bildirib ki, ABŞ və Çin iki dövlətin liderləri tərəfindən təsdiqlənməli olan ticarət razılaşması əldə ediblər.
“Bizim Çinlə razılaşmamız demək olar hazırdır. Çin lideri Si və mənim son təsdiqimi gözləyir”, - Ağ Ev lideri vurğulayıb.
Onun sözlərinə görə, Çin ABŞ-ı nadir torpaq metalları ilə təmin edəcək: “Nadir torpaq xammalı Çin tərəfindən təmin ediləcək. Biz isə razılaşdığımız kimi çinli tələbələrin kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik".