XƏBƏRLƏR / Siyasət

Tramp Ərdoğanı güclü orduya malik böyük lider adlandırıb

Bunu ABŞ Prezidenti Oval kabinetdə jurnalistlərlə görüşündə deyib

Tramp Ərdoğanı güclü orduya malik böyük lider adlandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı güclü orduya malik böyük lider adlandırıb.

    Oval kabinetdə jurnalistlərlə görüşündə Suriyadakı vəziyyətlə bağlı şərh verərkən Türkiyənin mühüm rolunu vurğulayıb: "Prezident Ərdoğan böyük liderdir və Suriyadakı hadisələrə əhəmiyyətli təsir göstərir".

    Ağ Ev rəhbəri Vaşinqtonun Suriyada gedən proseslərdə Ankaranın mühüm rolunu dəstəklədiyini vurğulayıb.