XƏBƏRLƏR / Siyasət

Ərdoğan ABŞ-dakı tədbirdə silahlı hücum cəhdini qınayıb

Türkiyə Prezidenti bu barədə “X” hesabında paylaşım edib.

Ərdoğan ABŞ-dakı tədbirdə silahlı hücum cəhdini qınayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində silahlı hücum cəhdini qınayıb.

    Rəcəb Tayyib Ərdoğan bu barədə “X” hesabında paylaşım edib.

    “ABŞ Prezidenti Donald Tramp və dəyərli həyat yoldaşı Melaniya xanım başda olmaqla heç kimin xəsarət almaması bizim üçün sevindiricidir. Demokratiyalarda mübarizə fikir yolu ilə aparılır, zorakılığın heç bir növünə yer yoxdur, ”- deyə paylaşımda qeyd olunub.