Ukraynaya yenə 1 mln dollarlıq humanitar yardım ayrıldı
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev “Ukraynaya humanitar yardım göstərmək üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsaitin ayrılması haqqında” sərəncam imzalayıb.
2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə elektrik avadanlıqlarının tədarükü üçün manat ekvivalentində 1 milyon ABŞ dolları ayrılacaq.