Ərdoğan Zelenski ilə telefonla danışıb
Türkiyə və Ukrayna prezidentləri baş verən zəlzələlər və Rusiya-Ukrayna müharibəsini müzakirə edibblər
Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Görüşdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələr müzakirə edilib.
Rəyasət Heyətinin Rabitə Müdirliyindən verilən açıqlamaya görə, görüşdə Türkiyədə baş verən zəlzələlər və birinci ilində olan Rusiya-Ukrayna müharibəsi ilə bağlı inkişaflar müzakirə edilib.
Prezident Ərdoğan zəlzələ ilə bağlı Türkiyə ilə həmrəylik nümayiş etdirdiyi üçün Ukrayna Prezidenti Zelenskiyə təşəkkür edib.
Prezident Ərdoğan, bir ili dolduran Rusiya-Ukrayna müharibəsində atəşkəs və danışıqlar yolu ilə həllin qurulmasına və sülhün formalaşmasına hər cür töhfə verməyə hazır olduqlarını bildirdi.