Azərbaycanın səfirliyinin açılması əsas nailiyyətdir
Bunu İsrailin xarici işlər naziri Eli Koen deyib
İsrailin xarici işlər naziri Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasını xarici siyasətin əsas nailiyyətlərindən biri adlandırıb.
Bu gün İsrailin xarici işlər naziri Eli Koen yəhudilərin Yeni ili münasibətilə bu ölkədə akkreditə olunmuş 80 səfir və 70 fəxri konsul üçün qala qəbulu təşkil edib. Azərbaycanın səfiri Muuxtar Məmmədovun iştirakı ilə Koen Tel-Əvivdə Azərbaycan səfirliyinin açılmasını İsrailin son bir ildə xarici siyasətinin əsas uğurlarından biri kimi qeyd edib.