Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışıb
Azərbaycan və Türkiyə xarici işlər nazirləri Qazaxıstanda 10-cu yubiley TDT sammitinə hazırlığı müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cümə günü türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.
"Telefon danışığı zamanı nazirlər Türkdilli Dövlətlər Təşkilatının (TDT) qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan sammitinə hazırlıq məsələlərini müzakirə ediblər", - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xəbər verdiyimiz kimi, bu il Qazaxıstanda 10-cu yubiley TDT sammiti keçiriləcək.