Blinken Qazaxın 4 kəndinin qaytarılması barədə
"Bu, dayanıqlı sülh sazişinin bağlanması yolunda mühüm addımdır"
Biz Azərbaycan və Ermənistanın iki ölkə arasında sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayırıq. Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken "X" hesabında bildirib.
"Bu, dayanıqlı sülh sazişinin bağlanması yolunda mühüm addımdır", - deyə o qeyd edib.