XƏBƏRLƏR / Siyasət

Pezeşkian Türkiyəyə yola düşüb

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb

Pezeşkian Türkiyəyə yola düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti Məsud Pezeşkian Türkiyəyə yola düşüb.

    Pezeşkian Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.

    Səfər çərçivəsində onun ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.