XƏBƏRLƏR / Siyasət

Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması gözlənilir

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus jurnalistlərə deyib

Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus dövlət katibi Marko Rubionun Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid etdiyini ifadə edən bəyanatına münasibət bildirib.

    Bryus ABŞ-ın bəzi məsələlərin həllində iştirak etdiyini bildirib.

    "Dövlət katibinin bu bəyanatı verməsi vacib idi. Biz çoxlu razılaşmalardan, atəşkəsdən və iştirak etdiyimiz dəyişikliklərdən məmnunuq. Dövlət katibinin bunu deməyə əsası var idi və biz daha ətraflı məlumat alanda onları sizə təqdim edəcəyəm", - o vurğulayıb.

    Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında tezliklə sülh razılaşmasının imzalanmasına ümid etdiyini deyib.