Israil və Hindistan strateji tərəfdaş oldular
Qüdsdə iki ölkənin baş nazirləri Netanyahu və Modinin iştirakı ilə görüş keçirilib
İsrail və Hindistan 16 əməkdaşlıq sənədi imzaladılar.
İsrail və Hindistan nümayəndə heyətləri arasında Qüdsdə iki ölkənin baş nazirləri Netanyahu və Modinin iştirakı ilə genişlənmiş görüş keçirildi.
Görüşdən sonra ikitərəfli məsələlər üzrə 16 anlaşma memorandumu imzalandı. Bu sənədlər mədəniyyət, kənd təsərrüfatı, innovasiya və texnologiya kimi sahələrdə əməkdaşlığı əhatə edirdi. Hindistanda kənd təsərrüfatı tədqiqat və innovasiya mərkəzinin yaradılması üçün anlaşma memorandumu da imzalandı.
İmza mərasimindən sonra keçirilən mətbuat konfransında Modi İsrail və Hindistan arasındakı münasibətlərin "xüsusi strateji tərəfdaşlıq statusuna yüksəldildiyini" bildirdi.
1 dəqiqədən az