Ermənistan və Rusiya bir sıra sənədlər imzalayıblar
Məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb
Çərşənbə günü İrəvanda iki ölkənin Baş nazirinin müavinləri Mqer Qriqoryan və Aleksey Overçukun sədrliyi ilə Ermənistan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər iki ölkə arasında ticarət, iqtisadi, mədəni və humanitar əlaqələrin bütün spektrini müzakirə ediblər və ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün addımlar atıblar.
Ermənistan və Rusiya hökumətlərinin nümayəndələri enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsallaşdırma, səhiyyə, elm və təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər.
Danışıqlardan sonra Qriqoryan və Overçuk hökumətlərarası komissiyanın 24-cü iclası ilə bağlı protokol, eləcə də agentlik səviyyəsində bir sıra ikitərəfli sənədlər imzalayıblar.
1 dəqiqə