NATO-nun xüsusi nümayəndəsi Bakı və İrəvana gəlir
Bu barədə "Sputnik Armenia" xəbər verir
NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina regiona səfərə gələcək. "Sputnik Armenia" xəbər verir ki, Kolominanın həm Azərbaycana, həm də Ermənistana səfər etməsi nəzərdə tutulub.
Səfərin bu həftə baş tutacağı bildirilib. Onun səfər çərçivəsində Bakı və İrəvanda yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır.