Tramp Fogelin azadlığa buraxılmasına görə Putinə sağol dedi
ABŞ Prezidenti çərşənbə günü daha bir amerikalının azad ediləcəyini bildirib

Tramp Rusiyada mühakimə olunan amerikalı Fogelin azadlığa buraxılmasına görə Putinə çox minnətdar olduğunu bildirib və bu barədə razılaşmanı “çox ədalətli və ağlabatan” adlandırıb.
Tramp əlavə edib ki, Mark Fogel Rusiyadan qayıdandan sonra çərşənbə günü daha bir amerikalı azad ediləcək. ABŞ prezidenti adı və ölkəni dəqiqləşdirməyib.