XƏBƏRLƏR / Siyasət

ABŞ və Gürcüstan arasında buzlar əriyir

ABŞ Dövlət Departamentinin nümayəndəsi Piter Andreoli Tbilisidə xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb

ABŞ və Gürcüstan arasında buzlar əriyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ və Gürcüstan ikitərəfli əməkdaşlığı müzakirə edilib.

    Gürcüstana işgüzar səfəri zamanı ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun nümayəndəsi Piter Andreolixarici ixarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

    Gürcüstanın xarici işlər naziri Gürcüstan tərəfinin ABŞ ilə münasibətləri yenidən qurmağa hazır olduğunu təsdiqləyib.

    Tərəflər ABŞ-ın Cənubi Qafqaz regionundakı iştirakını və mövcud prosesləri, eləcə də iki ölkə arasında mövcud əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Həmçinin Orta Dəhlizə və Gürcüstanın regional əlaqə və nəqliyyat mərkəzi kimi roluna diqqət yetirilib.

    Xatırladaq ki, 2024-cü ilin noyabrında Bayden-Blinken administrasiyası ABŞ, hakim "Gürcü Arzusu" partiyasının hərəkətləri, o cümlədən Aİ-yə daxil olmaq üçün danışıqlar aparmaqdan imtina etməsi və "xarici agentlər" haqqında qanunun qəbul edilməsi səbəbindən Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb.

    ABŞ Dövlət Departamenti 2009-cu ildən bəri qüvvədə olan dialoqun dondurulmasına səbəb olan Qərb əleyhinə ritorikanı, etirazların yatırılmasını və demokratik geriləməni pisləyib.