Putin Paşinyanı ad günü münasibətilə təbrik etdi YENILƏNİB
Bu barədə Kremlin və Ermənistan Baş nazirinin Mətbuat Xidmətləri xəbər verir
13:50
Ermənistan Baş nazirinin mətbuat xidmətinin məlumatına görə,
Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Rusiya Prezidenti Ermənistan Baş nazirini ad günü münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb. Baş nazir Paşinyan zəng və təbrik üçün Rusiya Prezidentinə təşəkkür edib.
İki lider həmçinin ikitərəfli və çoxtərəfli gündəliyin cari məsələləri barədə fikir mübadiləsi aparıblar.
Ermənistan Baş naziri Rusiya Prezidentinə balanslı mövqeyinə, dostcasına tona və bir sıra mübahisəli məsələlərdə dəstəyinə görə təşəkkür edib.
İki lider növbəti əlverişli fürsətdə görüşdə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
***
10:26
Kremlin verdiyi açıqlamada Vladimir Putinin Nikol Paşinyanı ad günü münasibətilə təbrik etdiyi bildirilib.
Təbrikdə deyilir: "Ölkələrimiz və xalqlarımız arasında münasibətlər ənənəvi olaraq dostluq xarakteri daşıyır. Və biz onların daha da inkişaf etməsində maraqlıyıq".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 51 yaşını qeyd edir.
1 dəqiqə