XƏBƏRLƏR / Siyasət

"Bu gün Rusiya-Ermənistan münasibətləri günüdür"

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib

"Bu gün Rusiya-Ermənistan münasibətləri günüdür"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Rusiya-Ermənistan Münasibətləri Günüdür.

    Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdə olacaq.

    "Bu gün Rusiya-Ermənistan danışıqları keçiriləcək. Daha sonra iki lider, Putin və Paşinyan, işgüzar səhər yeməyində təkbətək müzakirələrini davam etdirəcəklər. Buna görə də bu gün Rusiya-Ermənistan Münasibətləri Günüdür", - Kremlin sözçüsü qeyd edib.

    Qeyd edək ki, Rusiya televiziyaları Paşinyanın səfərinə 1 gün qalmış baş nazir haqqında tənqidi və aşağılayıcı reportajlar yayımlayıblar.