İrəvan kommunikasiyaların açılması üçün işi davam etməlidir
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya Ermənistan və Azərbaycanın “münasibətlərin davamlı uzunmüddətli nizamlanması demək olan və gələcək nəsillər üçün mina qoymayacaq sülh müqaviləsi hazırlamağın tərəfdarıdır”.
O, erməni tərəfini “regional kommunikasiyaların açılması üçün işi davam etdirməyə” çağırıb.
Qaluzin əlavə edib ki, Qərbin Cənubi Qafqazdakı siyasəti “regionda vəziyyəti sabitləşdirməyə deyil, Moskva üçün əlavə təhlükələr yaratmağa” yönəlib. Onun fikrincə, “Qərb dairələri bu regiondan Rusiyaya strateji məğlubiyyət vermək üçün istifadə etməyə çalışır, hətta bəzi hallarda ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa razı salmağa çalışırlar”.