XƏBƏRLƏR / Siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıya səfərə gəlib

Ali qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev qarşılayıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıya səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.