XƏBƏRLƏR / Siyasət

Əbu-Dabidə Azərbaycan-BƏƏ Komitəsinin ilk iclası keçirilib

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb

Əbu-Dabidə Azərbaycan-BƏƏ Komitəsinin ilk iclası keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Əməkdaşlıq Komitəsinin ilk iclası Əbu-Dabidə keçirilib.

    Komitə BƏƏ Prezidentinin 16 sentyabrda ölkəmizə səfəri zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə əsasında yaradılıb.

    İclasa komitənin həmsədrləri, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Səid Əl-Həcəri sədrlik ediblər.