Tramp Xameneiyə məktub göndərib YENİLƏNİB
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib

19:00
İran maksimum təzyiq siyasətini davam etdirdiyi müddətdə ABŞ ilə birbaşa danışıqlara girməyəcək.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi deyib.
"ABŞ Prezidenti Donald Trampın maksimum təzyiq siyasətini tətbiq etdiyi müddətdə İran ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək", - nazir bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbərinə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını və onun hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini vurğuladığını bildirib.
***
16:35
İranla danışıqlara üstünlük verirəm.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp dünən İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini bəyan edib.
“Mən İranla razılaşmağa üstünlük verirəm, Xameneiyə məktub göndərdim. İranın nüvə silahı və başqa variantları ola bilməz”, - ABŞ lideri qeyd edib.