XƏBƏRLƏR / Siyasət

Tokayev Rusiyaya səfər edəcək

Kremlin mətbuat xidməti xəbər verir

Tokayev Rusiyaya səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 noyabr tarixlərində Rusiyaya dövlət səfəri edəcək.

    Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

    Danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinin aktual məsələləri, həmçinin regional və qlobal gündəmin əsas mövzuları müzakirə ediləcək.

    "Səfər zamanı mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır", - məlumatda qeyd edilib.

    Putin və Tokayevin Qazaxıstanın Uralsk şəhərində keçiriləcək Rusiya və Qazaxıstan arasında XXI Regional Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına videomüraciət edəcəkləri planlaşdırılır.