Azərbaycan Abxaziyada keçirilən "seçkini" tanımır
Bu haqda xarici işlər nazirliyinin bəyanatında deyilir

Azərbaycan xarici işlər nazirliyi separayçı Abxaziyada keçirilən qondarma "seçki" haqda bəyanat yayıb.
Bəyanatda deyilir:
Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.
Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır.