XƏBƏRLƏR / Siyasət

Tramp Si Cinpini hava limanında şəxsən qarşılayacaq

Səfərin əsas tədbirləri sentyabrın 24-də keçiriləcək

Tramp Si Cinpini hava limanında şəxsən qarşılayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çin Xalq Respublikasının Sədri Si Cinpin gələn həftə ABŞ-a dövlət səfəri edəcək.

    Si Cinpinin təyyarəsi sentyabrın 23-də Vaşinqton yaxınlığındakı “Endryus” hərbi bazasına enəcək. ABŞ Prezidenti Donald Tramp Çin liderini şəxsən qarşılamaq üçün bazaya gedəcək. Bu, qeyri-adi protokol addımı sayılır, çünki Tramp xarici liderləri adətən Ağ Evdə qarşılayır.

    Səfərin əsas tədbirləri sentyabrın 24-də keçiriləcək. Donald Tramp və birinci xanım Melaniya Tramp Si Cinpinlə həyat yoldaşı Pen Liyuanı Ağ Evdə təşkil olunacaq rəsmi qarşılama mərasimində qəbul edəcəklər.

    Tramp və Si Cinpin Ağ Evin Gül bağında fəxri qarovul dəstəsinə baxış keçirdikdən sonra qapalı görüş keçirəcəklər. Liderlərin danışıqları zamanı Melaniya Tramp və Pen Liyuan üçün ayrıca proqram nəzərdə tutulub. Proqramın təfərrüatları açıqlanmayıb.

    Qeyd edək ki, bu, Çin liderinin son on ildən artıq müddətdə ABŞ-a ilk dövlət səfəridir.