Vens İranla danışıqlar haqda: Biz çox irəliləyiş əldə etdik
O, nüvə təhlükəsizliyi müfəttişlərinin bu həftə İranda işə başlaya biləcəyini söyləyib
ABŞ vitse-prezidenti Cey Di Vens İranın BMT və BAEA müfəttişlərini ölkəyə dəvət etməyə razı olduğunu açıqlayıb.
Vens İranla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, "dünən çox, çox yaxşı bir gün idi və biz çox irəliləyiş əldə etdik".
O bildirib ki, ABŞ İranla danışıqlarda dörd əsas məsələyə nail olub: “Biz Hörmüz boğazının açıq olması üçün mexanizm istəyirdik. İndi Hörmüz boğazı açıqdır və təbii qazın qiymətləri düşür. Milyonlarla barel neft Hörmüz boğazından keçir”.
Vensin sözlərinə görə, ikinci məsələ regional atəşkəsin təmin edilməsi və münaqişələrin qarşısının alınması üçün də mexanizmin yaradılması idi və buna da nail olunub: “Bundan başqa AEBA müfəttişlərinin İranın nüvə təsisatlarına baxış keçirməsinə dair razılıq əldə edilib. Bu, İranın nüvə proqramının daimi olaraq sonlandırılması üçün ilk addım idi. Sonuncu, dördüncü məsələ isə texniki danışıqların başlaması idi”.
Ceyms Devid Vens İranla yaxşı razılaşma üçün bünövrənin qoyulduğunu, mühüm irəliləyişlərin əldə edildiyini, amma qarşıda hələ də görülməli çox işin olduğunu qeyd edib.
O, nüvə təhlükəsizliyi müfəttişlərinin bu həftə işə başlaya biləcəyini söyləyib.
1 dəqiqə