Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir.
A.Vuçiç sosial şəbəkə hesabında paylaşımında bildirib ki, sözügedən təşəbbüs geniş Karpat regionu ölkələrinin iqtisadi, nəqliyyat və infrastruktur baxımından əlaqələndirilməsini hədəfləyən mühüm layihədir:
"Bütün bunları vətəndaşlarımız, Serbiyada sabitliyi və sülhü daha da təmin etmək naminə edirəm".
1 dəqiqədən az