XƏBƏRLƏR / Siyasət

Paşinyan Putinin cavabını verdi

Rusiya Prezidenti "KTMT-dən çıxmaq Ermənistanın marağında deyil" demişdi

Paşinyan Putinin cavabını verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Vladimir Putinlə birbaşa xətt-2023" televiziya çıxışında Rusiya Prezidenti Ermənistan haqda suala cavab verərək bildirmişdi ki, "MDB, Aİİ və KTMT-dən çıxmaq Ermənistanın marağında deyil".

    Bu gün Ermənistanın baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə vətəndaşların suallarını cavablandırarkən bildirib ki, Ermənistan hakimiyyətinin müşahidələri göstərir ki, KTMT-nin de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun ölkə qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir.

    Hakimiyyətin niyə KTMT-dən çıxmaq barədə qərar qəbul etməməsi ilə bağlı suala münasibət bildirən Paşinyan cavab verib ki, siyasi iradə var və Ermənistanın maraqları nəzərə alınmaqla qərar veriləcək.

    “Niyə biz KTMT-dən çıxmaq və ya KTMT üzvlüyünə xitam vermək barədə qərar qəbul etməmişik və verməyəcəyik? Biz Ermənistanın dövlət maraqlarından çıxış edərək qərar verəcəyik. Bizim istiqamətimiz Ermənistanın dövlət maraqlarıdır. Məlumatlarımız göstərir ki, faktiki olaraq KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi onun respublika qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir. Biz isə bu məsələni açıq şəkildə qaldırırıq”, - Paşinyan bildirib.

    Onun sözlərinə görə, erməni tərəfi KTMT-nin mövqeyini anlamaq üçün bütün tədbirləri görməyə, eləcə də özünün mövqeyini quruma çatdırmağa hazırlaşır.