"Gülüstan" sarayında XIII Qlobal Bakı Forumu işinə başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimi başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir.
Forum “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.
Forumun gündəliyi genişdir və geniş məsələləri əhatə edir. Əminəm ki, müzakirələr regionumuzda və bütövlükdə dünyada mövcud vəziyyətə yönələcək. Bu barədə Prezident İlham Əliyev 13-cü Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, təhlükəsizlik və sabitlik hər bir ölkənin gündəliyində əvvəlkindən daha çox prioritet olaraq qalmalıdır, çünki bunlar olmadan hər şey mənasızlaşır.
Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən Forum müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri və qərar qəbul edən şəxsləri bir araya gətirərək qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.
1 dəqiqə