XƏBƏRLƏR / Siyasət

Paşinyan Putini təbrik etdi, sonra Moskvaya yola düşdü

Onun səfəri oktyabrın 8-dək davam edəcək

Paşinyan Putini təbrik etdi, sonra Moskvaya yola düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan MDB sammitində iştirak etmək üçün Moskvaya gedib. Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir ki, onun səfəri oktyabrın 8-dək davam edəcək.

    Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə təbrik məktubu göndərib.

    Mesajda deyilir:

    “Hörmətli Vladimir Vladimiroviç, doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

    Hesab edirik ki, hazırkı mərhələdə Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə yönəlmiş ardıcıl fəaliyyətin zəruriliyi xüsusilə vurğulanır”.