Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti keçirilir

BİRBAŞA / YENİLƏNİB

  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:40

    Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin (ASB) yeddinci toplantısı keçirilir.

    Sammitdə 50-yə yaxın ölkənin liderinin iştirak edəcəyi gözlənilir. Görüşün əsas gündəmi Avropanın ümumi təhlükəsizlik vəziyyəti, Ukraynaya dəstəyin davam etdirilməsi və qitənin yeni geosiyasi reallıqlarda daha güclü və təhlükəsiz olması yollarının müzakirəsi olacaq.

    Toplantının plenar iclasından sonra liderlər üç mövzu üzrə ayrı-ayrı dəyirmi masalarda müzakirələr aparacaqlar: ənənəvi və hibrid təhdidlər, iqtisadi təhlükəsizlik və miqrasiya. Sammitə Avropa İttifaqını Aİ Şurasının Prezidenti Antonio Kosta təmsil edəcək və o, Danimarkanın Baş naziri Mette Frederiksenlə birgə iclaslara sədrlik edir..

    Azərbaycan və Ermənistan da dəvət edilənlərin siyahısındadır. Azərbaycan Prezidenti İlham Əliyev dünəndən Kopenhagendədir.

    Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.