XİN başçıları Rusiyadakı hadisələri müzakirə edəcəklər
Bu barədə Belçikanın Baş naziri Aleksandr De Kroo bildirib
Bu gün Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşünün əsas mövzusu Rusiyada qiyama cəhd hadisəsi olacaq.
Bu barədə Belçikanın Baş naziri Aleksandr De Kroo bildirib.
Görüşdə, həmçinin Kiyevə yardım məsələsi müzakirə ediləcək.
Bundan başqa, nazirlər İranda insan hüquqlarının pozulması səbəbindən bu ölkəyə qarşı növbəti sanksiya paketini təsdiqləmək niyyətindədirlər.