Rəsmi Moskva konkret olaraq TRİPP-in əleyhinə çıxış etdi
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov bəyanat verib
Rusiya rəhbərliyi indiyədək Zəngəzur Dəhlizinin bir hissəsi olan TRİPP haqda birmənalı mövqe bildirmirdi. Baş nazirin müavini Aleksey Overçuk hətta Rusiyanın layihəyə qoşulmaq arzusunu səsləndirmişdi.
Lakin bu gün Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov TRİPP-in tikintisinin əlehinə çıxış edərək, bildirib ki, Trampın Ermənistandan keçən marşrutu ABŞ hərbi infrastrukturunun birbaşa İran sərhədində yerləşdirilməsinə imkan verəcək.
Şevtsov Şərq İqtisadi Forumunun "KTMT-ŞƏT: Təhlükəsizlik Məkanı" sessiyasında çıxış edərkən bildirib ki, "Ermənistan ərazisindən keçən, sözdə "Tramp Marşrutu"... Qərbə, amerikalılara öz qoşunlarını və ya özəl hərbi şirkətlərini, kəşfiyyat infrastrukturunu birbaşa Ermənistan ərazisində və İran sərhədinə yaxın ərazidə yerləşdirməyə imkan verir".
1 dəqiqədən az