Ermənistanın xarici işlər naziri Vaşinqtona yola düşüb
Ermənistan XİN Ararat Mirzoyanın Ermənistan-Azərbaycan danışıqlarında iştirak edəcəyini xəbər verib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 26-da nizamlanma üzrə Ermənistan-Azərbaycan danışıqlarının növbəti mərhələsinin başlayacağı Vaşinqtona uçub. Ermənistan nazirliyinin mətbuat xidməti xəbər verir.
Azərbaycan tərəfi hələ görüşün baş tutacağı barədə məlumat verməyib.
Bundan əvvəl, mayın 1-4-də nazirlər ABŞ-da danışıqlar aparmışdılar.