Əvvəlcə Azərbaycan-Ermənistan sərhədi delimitasiya olmalıdı
Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos deyib
Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos Ermənistan mətbuatına müsahibəsində "Sabitliyi təmin etmək üçün Brüssel nə edir?" sualına belə cavab verib: "Azərbaycanla Ermənistan arasında sərhəd heç vaxt beynəlxalq olmayıb, bu, inzibati sərhəddir və buna görə də delimitasiya və demarkasiyaya ehtiyac var".
Diplomatın sözlərinə görə, Aİ sülh prosesində fəal iştirak edir. Brüssel Ermənistanla Azərbaycan arasında bütün mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir. İlk növbədə iki ölkə arasında sərhədin delimitasiyası lazımdır.
Diplomatın şərhində deyilir ki, Brüssel Ermənistan və Azərbaycan arasında bütün mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir.