Parisdə İrana nüvə zərbəsi endirilməyə təklif ediblər
Bu barədə Fransanın keçmiş baş naziri Manuel Valls çıxış edib
Fransanın keçmiş baş naziri Manuel Valls İrana nüvə zərbəsi endirilməsi ehtimalını istisna etməyib.
O, LCI TV-yə müsahibəsində deyib ki, Tehranın öz nüvə silahına malik olmamışdan əvvəl Paris belə bir addım atmalıdır.
“Əgər diplomatik kanal artıq işləmirsə, biz zərbə vura biləcəyimiz ideyasını birləşdirməliyik. İndi biz həmişəkindən daha çox strateji maraqlar və narahatlıqlar haqqında düşünməliyik”- deyə Manuel Valls deyib.