Priqojin ətrafında yaranan vəziyyət Rusiyanın daxili işidir
Bu barədə Avropa Komissiyasının nümayəndəsi jurnalistlərə müsahibəsində deyib
Avropa İttifaqı Yevgeni Priqojin ətrafında yaranan vəziyyəti Rusiyanın daxili işi adlandırıb.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi jurnalistlərə müsahibəsində deyib.
“Avropa İttifaqı hazırda baş verənləri Rusiyanın daxili işi hesab edir. Biz vəziyyəti izləyirik”, - deyə o bildirib.
Dünən axşam “Vaqner” qruplaşmasına məxsus “Teleqram” kanalına Yevgeni Priqojinin bir neçə bəyanatı yerləşdirilib. Onun iddiasına görə, Rusiya Silahlı Qüvvələri “Vaqner” qruplaşmasına zərbələr endirib. Bu məlumatı təkzib edən Rusiya Federal Təhlükəsizlik Xidməti isə öz növbəsində Yevgeni Priqojinə qarşı silahlı qiyama çağırış maddəsi ilə cinayət işi açıb.
Ölkənin bir sıra şəhər və vilayətlərində antiterror rejimi tətbiq olunub, kütləvi tədbirlər ləğv edilib, bəzi magistral yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Prezident Vladimir Putin Rusiya vətəndaşlarına televiziya ilə müraciətində “Vaqner” qruplaşmasının fəaliyyətini silahlı qiyam və xəyanət adlandırıb.