XƏBƏRLƏR / Siyasət

"Rusiya noyabrın 1-dən Ermənistanın qazını kəsəcək"

Bu barədə Ermənistan hakimiyyətinə qatı müxalifətdə olan "Hraparak" qəzeti yazır

"Rusiya noyabrın 1-dən Ermənistanın qazını kəsəcək"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Siyasi tələblər yerinə yetirilməsə, Rusiya Ermənistana qaz tədarükünü dayandıra bilər.

    Ermənistanın "Hraparak" qəzeti Rusiya mənbələrinə istinadən xəbər verir ki, İrəvan siyasi tələblərini yerinə yetirməsə, Rusiya 1 noyabrdan etibarən Ermənistana qaz tədarükünü dayandıra bilər. Mənbələrə görə, Moskva aşağıdakıları tələb edir:

    ▪️ Rusiyanın 102-ci Hərbi Bazası və Rusiyaya məxsus şirkətlərə qarşı hərəkətləri müzakirə etməkdən imtina etmək;
    ▪️ Aİ-yə daxil olma prosesi ilə bağlı qanunu ləğv etmək və ya referendum tarixini elan etmək;
    ▪️ "Rusiyapərəst siyasətçiləri" təqib etməyi dayandırmaq.

    Qəzet həmçinin Moskva üçün məqbul olan baş nazirin müavini təyin edilməsi tələbini də bildirir.