17:59
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Prezident Ərdoğan Türkiyəyə səfər edən Ukrayna Prezidentini rəsmi olaraq qarşılayıb.

Nümayəndə heyətlərini təqdim etdikdən sonra Ərdoğan və Zelenski təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlər keçiriblər.
Görüşdə həmçinin Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov da iştirak edib.
Liderlərin Ərdoğanın Dolmabahçe İş Ofisindəki (İstanbul) görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi gözlənilir.
1 dəqiqədən az