Rusiya və Türkiyə xarici işlər nazirləri görüşüb
Rusiyanın Nijni Novqorod şəhərində BRİKS ölkələri xarici işlər nazirləri toplaşib
Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla BRICS Plus Xarici işlər Nazirləri Şurasının iclası çərçivəsində görüşüb.
Rusiya XİN görüşdən sonra rəsmi məlumat yayıb.
Məlumatda deyilir: “Beynəlxalq gündəliyin əsas aspektlərinə, o cümlədən Yaxın Şərq və Zaqafqaziyadakı vəziyyətə, eləcə də bəzi beynəlxalq platformalara toxunulub. Sergey Viktoroviç Lavrov türkiyəli həmkarına Rusiyanın BRİKS-də sədrliyinin prioritetləri barədə məlumat verib. Rusiya Federasiyasının Ukrayna münaqişəsi ətrafında vəziyyətə dair fundamental qiymətləndirmələri açıqlanıb”, - nazirliyin məlumatında deyilir.