XƏBƏRLƏR / Siyasət

İlon Mask Tramp administrasiyasını tərk edir

Mask Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri vəzifəsində çalışıb

İlon Mask Tramp administrasiyasını tərk edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milyarder sahibkar İlon Mask Tramp administrasiyasını tərk etdiyini açıqlayıb.

    O, X hesabında xüsusi dövlət işçisi kimi müddətinin başa çatmaq üzrə olduğunu açıqlayıb.

    "Vəzifəmin sonuna yaxın olduğum üçün Prezident Trampa israfçı xərclərin azaldılmasına kömək etmək imkanına görə təşəkkür etmək istəyirəm. DOGE-nin missiyası zaman keçdikcə daha da güclənəcək və bütün hökumət üçün həyat tərzinə çevriləcək", - Mask yazıb.

    Mask Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri vəzifəsində çalışıb və Maliyyə Effektivliyi Komissiyasının üzvü olub. Onun sözlərinə görə, işlədiyi müddətdə dövlətin səmərəsiz xərclərinin azaldılmasına diqqət yetirib.