Putin Qırğızıstana dövlət səfərinə gedib
Rusiya Prezidentini Qırğızıstan Prezidenti Sadır Japarov aeroportda qarşılayıb
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana dövlət səfərinə gedib.
Qırğızıstan Prezidenti Sadır Japarov Vladimir Putini aeroportda qarşılayıb. Hava limanında hər iki ölkənin dövlət bayraqları qaldırılıb, fəxri qarovul düzülüb və təntənəli fanfarlar səslənib.
Qarşılama mərasimində milli rəqslər və qızıl qartallar və itlərlə ənənəvi qırğız ovçuluğunun nümayişi olub. Manas hava limanında folklor-etnoqrafik ansambl qısa musiqi proqramı təqdim edib.
Qeyd edək ki, Putinin Qırğızıstana səfəri üç gün davam edəcək.
Kremlin açıqladığı məlumata görə, Rusiya Prezidenti qırğız həmkarı ilə ikitərəfli görüş keçirəcək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edəcək.
Putinin səfər çərçivəsində KTMT-yə üzv ölkələrin dövlət başçıları ilə də ikitərəfli görüşləri planlaşdırılıb.
1 dəqiqə