XƏBƏRLƏR / Siyasət

Aİ XİN Şurası Bakı ilə münasibətləri müzakirə edəcək

Bu barədə Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallas danışıb

Aİ XİN Şurası Bakı ilə münasibətləri müzakirə edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallas görüşdən əvvəl bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması bu gün Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyində yüksək prioritet olacaq.

    Onun sözlərinə görə, Avropa İttifaqı Bakı ilə Yerevan arasında dialoqu Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsində əsas amil kimi görür. Buna görə də, Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişaf etdirilməsi Aİ-nin regiondakı xarici siyasəti üçün prioritet olaraq qalır.

    Görüş zamanı normallaşdırma prosesinə dəstək vermək üçün əlavə addımların, eləcə də Ermənistanda yeni Aİ missiyasının açılması imkanlarının müzakirəsi planlaşdırılır.

    "Biz həmçinin Azərbaycanla münasibətləri necə daha da inkişaf etdirə biləcəyimizi müzakirə edəcəyik", - deyə o bildirib.

    Kallas qeyd edib ki, Brüssel sülh gündəliyini irəli aparmaq üçün hər iki tərəflə işləməyə davam etmək niyyətindədir. Bu məqsədlə tərəflər arasında konstruktiv dialoqun davam etdirilməsi və uzunmüddətli razılaşmaların əldə edilməsi vacibdir.