XƏBƏRLƏR / Siyasət

MM nümayəndələri ATƏT PA-nın payız sessiyasında iştirak edir

ATƏT-in 50 illiyinə həsr olunmuş sessiya İstanbulda keçirilir

MM nümayəndələri ATƏT PA-nın payız sessiyasında iştirak edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Məclisin üzvü Qay Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edir.

    Sessiya çərçivəsində "ATƏT-in 50 ili: Dialoq və Əməkdaşlıq Yolu ilə Çoxtərəfliliyin Canlandırılması" mövzusunda parlament konfransı, Daimi Komitənin iclası və digər tədbirlər keçiriləcək.

    Sessiyaya ev sahibliyi edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.

    Nümayəndə heyətinin rəhbəri Qay Məmmədov Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində türk hərbçilərinin həlak olması ilə bağlı Kurtulmuşa başsağlığı verib.

    Görüş zamanı tərəflər parlamentlərarası münasibətlər, ATƏT PA çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.