Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar. Görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq.
MDB-nin icraçı katibi Sergey Lebedev bildirib ki, sammit həm Birlik çərçivəsində, həm də Belarus və Rusiya İttifaq dövlətində əməkdaşlığın möhkəmlənməsinə əlavə təkan verəcək.
Məlumata görə, qeyri-rəsmi sammitin iştirakçıları MDB məkanında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək, ötən ilin əsas yekunlarına yekun vuracaq və praktiki əməkdaşlığın prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparacaqlar.