XƏBƏRLƏR / Siyasət

Zelenski Türkiyəyə səfər edib

Ukrayna Prezidenti bu barədə sosial media hesabında məlumat yayıb

Zelenski Türkiyəyə səfər edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.

    Volodimir Zelenski bu barədə sosial media hesabında məlumat yayıb.

    Zelenskinin təyyarəsi İstanbula enib.

    O, paylaşımında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını bildirib.

    Ukrayna lideri Türkiyə ilə ikitərəfli tərəfdaşlığı, perspektivləri, Qara dənizdə gəmiçiliklə bağlı vacib məsələləri müzakirə edəcəklərini açıqlayıb.