XƏBƏRLƏR / Siyasət

Zelenski sabah Türkiyəyə gedir

Bu barədə Türkiyə tərəfi məlumat yayıb

Zelenski sabah Türkiyəyə gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə səfər edəcək.

    Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanettin Duran “X” hesabında bildirib.

    Onun sözlərinə görə, səfər zamanı ikitərəfli əlaqələr müzakirə ediləcək.

    Bundan başqa, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.