XƏBƏRLƏR / Siyasət

Əliyev Pekində keçiriləcək Qələbə paradında iştirak edəcək

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb

Əliyev Pekində keçiriləcək Qələbə paradında iştirak edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev Pekində keçiriləcək Qələbə paradında iştirak edəcək.

    Çin Mərkəzi Televiziyasının məlumatına görə, Çində keçiriləcək qələbə bayramında 26 xarici ölkə lideri iştirak edəcək.

    Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Kremlin rəhbəri, KXDR lideri Kim Çen In, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şahbaz Şərif, Mərkəzi Asiya ölkələrinin prezidentləri və digər liderlər var.

    Çin sentyabrın 3-də Pekinin Tiananmen meydanında Çin xalqının Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində və İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümünü qeyd etmək üçün hərbi parad keçirəcək.